Dünyanın ən güclü ölkələri məlum oldu - Siyahıda Azərbaycan da var


Azərbaycan dünyanın ən güclü ölkələri arasında 45-ci yeri tutub.
Yeniavaz.com xəbər verir ki, “USNews” 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinqini dərc edib. Sözügedən reytinqi Pensilvaniya Universitetinin mütəxəssisləri tərtib edib. Reytinq tərtib edilərkən, iqtisadiyyat, siyasi nüfuz, dünyada liderlik, hərbi güc, beynəlxalq arenalarda iştirak və digər meyarlar nəzərə alınıb.
Reytinqə görə ilk üçlükdə ABŞ, Rusiya və Çin olub. İlk onluqda isə Almaniya, İngiltərə, Fransa, Yaponiya, İsrail, Səudiyyə Ərəbistan və Cənubi Koreya da yer alıb.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top