Kəramət Böyükçöl də deputatlığa namizədliyini verir


Tanınmış yazıçı Kəramət Böyükçöl də 9 fevralda Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Yeniavaz.com 
xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib.
K.Böyükçöl qeyd edib ki, 80 saylı İmişli - Beyləqan seçki dairəsindən namizəd olacaq. Yazıçı hər kəsdən dəstək istədiyini bildirib: "Sabahdan işlərə başlayıram. Demirəm, yüz faiz deputat olacağam. O qədər sadəlövh deyiləm. Sadəcə, həm bəxtimi, həm də ölkəmi sınayım, görüm fikirlərimdə yanılmamışam ki? Bütün hallarda mənim gözümdə Azərbaycan xalqı yalnız soğan əkməyə, Azərbaycan müəllimi fəhlə işləməyə layiq deyil. Sevgilər! İnanıram ki, dəstəkləyənlər çox olacaq. Amma görək hakimiyyət doğrudan gənclərə imkan verəcək? Dostlarımdan da xahiş edirəm, dəstəyini əsirgəməsinlər, fikir və təkliflərini rəydə yazsınlar. Getdim. Uğurlar! Kömək etməsəniz də, xeyir-dua verin, bəsimdir".

DİGƏR XƏBƏRLƏR

Top