"Qəbələ" darmadağınla qalib gəlib, paytaxtda qapılara qol vurulmayıb


Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində iki qarşılaşma keçirilib.

Günün ilk matçı Qəbələ şəhər stadionunda baş tutub. “Sabah”ı qəbul edən “Qəbələ” qonaqları 3 cavabsız qolla darmadağın edib. Cavab matçı öncəsi böyük üstünlük qazanan əyalət klubu yarımfinala vəsiqə vəzifəsini böyük ölçüdə həll edə bilib.

Paytaxt derbisində “Səbail” “Zirə”ni qəbul edib. Bakı klublarının görüşündə qol qeydə alınmayıb. Bu cütün taleyinə 4 gün sonra baş tutacaq cavab matçı aydınlıq gətirəcək.

Qeyd edək ki, ilk oyunlara sabah keçiriləcək “Neftçi” – “Sumqayıt” və  “Qarabağ” – “Keşlə” matçları ilə yekun vurulacaq.

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar

15 dekabr (bazar)
“Qəbələ” – “Sabah” - 3:0
Qollar: 
Bauk, 19, 43, İsgəndərov, 87 
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
“Qəbələ”: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 6. İbrahima Niasse, 19. Rövlan Muradov, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı
Baş məşqçi: Azər Bağırov
“Sabah”: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Dialo, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 19. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov, 21. Rocer Roxas, 26. Ozan Can Kökcü, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov
Baş məşqçi: Jelko Sopiç
Qəbələ şəhər stadionu, 15:00

“Səbail” – “Zirə” - 0:0
Hakimlər: 
Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev
“Səbail”: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 21. Eriko da Silva, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 5. Vüqar Bəybalayev, 22. Mirabdulla Abbasov, 19. Ruslan Hacıyev, 3. Turan Manafov, 79. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev
“Zirə”: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 4. Elvin Camalov, 27. Adrian Skarlatake (k), 18. Xulio Sezar Rodrigez, 23. Mfo Kqasvane, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 77. Cəlal Hüseynov
Baş məşqçi: Zaur Həşimov
“ASCO Arena”, 17:00

DİGƏR XƏBƏRLƏR

Top