Qaynar çay yüksək temperaturu olan xəstənin vəziyyətini ancaq pisləşdirə bilər.
Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu dietoloq Yelena Solomatina deyib.
Onun sözlərinə görə, bunun baş verməməsi üçün çayı isti halda içmək lazımdır: “Çay istiləşdirmə və sidikqovucu təsir göstərir, o isə yüksək temperatur zamanı insanın orqanizmindən xaric olur. Ən yaxşısı qələvi sular qəbul etməkdir”.
Dietoloq xatırladıb ki, həyəcanlı əsəb sistemina sahib insanlar, o cümlədən, stomatoloqdan qorxanlar qara çay içməməlidirlər: “Belə ki, bu cür çay bədəndə qorxu və titrəməni gücləndirir. Hamilə qadınlar da qara çaydan İstifadə etməməlidirlər. O, həyəcan və uşaq düşməyə səbəb ola bilər”.