Türkiyədə faciəli şəkildə ölən tələbə dəfn edildi - FOTOLAR - YENİLƏNİB


Türkiyədə faciəli şəkildə dünyasını dəyişmiş tələbə Salyanda torpağa tapşırılıb.

Yeniavaz.com Virtualaz.org-a istinadən xəbər verir ki, 5 gün əvvəl təhsil aldığı Türkiyə Respublikasının Çanaqqala şəhərindəki ali məktəbin yataqxanasının pilləkənlərində yıxılaraq aldığı ağır kəllə-beyin travması ilə ötən gün dünyasını dəyişən 21 yaşlı İsmayıl İlqar oğlu Əmrahov Azərbaycana gətirilib. Bu gün günorta saatlarında Salyan şəhər qəbristanlığında torpağa tapşırılıb.


***12:00

Məşhur balabançı mərhum Əliməmməd Əmrahovun nəvəsi Türkiyədə faciəli şəkildə dünyasını dəyişib.

Yeniavaz.com Virtualaz.org-a istinadən xəbər verir ki, Çanaqqala şəhərində yerləşən ali məktəbdə təhsil alan 1998-ci ildə anadan olmuş İsmayıl İlqar oğlu Əmrahov bir neçə gün əvvəl yaşadığı binanın pəncərəsindən yıxılaraq ağır xəsarət alıb. Elə o vaxtdan da koma vəziyyətində olan İsmayıl dünən dünyasını dəyişib. İ. Əmrahov Çanaqqalada yerləşən Tibb Universitetinin 4-cü kurs tələbəsi idi, anestezioloq ixtisası üzrə təhsil alırdı. Faciəli şəkildə həlak olmuş azərbaycanlı tələbənin cənazəsinin atasının müşayəti ilə artıq Bakıya gətirilib.Bu gün yaşadıqları Salyan rayonunda torpağa tapşırılacaq.

*** 14 dekabr, saat 23:24

Azərbaycanlı tələbə Türkiyədə bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un məlumatına görə, Azərbaycan vətəndaşı, 1998-ci il təvəllüdlü İsmayıl Əmrahov binadan yıxılaraq ağır xəsarət alıb. İ.Əmrahov xəstəxanada koma vəziyyətində qalsa da, bu gün dünyasını dəyişib.

Məlumata görə, mərhum Türkiyənin Çanaqqala şəhərində ali tibb təhsili alırmış.

DİGƏR XƏBƏRLƏR

Top