ABŞ yeni ballistik raketi sınaqdan keçirtdi


1987-ci ildə ABŞ ilə SSRİ arasında imzalanan İNF (orta mənzilli nüvə ) sazişi pozulub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki,  ABŞ Hərbi Hava Qüvvələri saziş çərçivəsində qadağan olunan ərazidə ballistik raketin sınaqdan keçirilməsi ilə bağlı açıqlama verib:  “ABŞ Hərbi Hava Qüvvələri  12 dekabr yerli vaxtla, saat 8: 30-da Strateji Qabiliyyət Departamenti ilə birlikdə Kaliforniyada yerləşən  Vanderberg aviabazasında şərti olaraq qurulmuş ballistik raket prototipini sınaqdan keçirdi. Sınaqdan keçirilən raket, stendindən çıxaraq 500 km uçuşdan sonra okeana düşüb. Sınaq nəticəsində əldə edilən məlumatlar bizə növbəti sınaqlarda kömək olacaq”.
Rusiya Xarici İşlər Nazirliyinin Tərkisilah bölümünün rəisi Vladimir Ermakov bildirib ki, avqust ayının əvvəlində saziş rəsmən sona çatıb. Buna baxmayaraq,  ABŞ-ın gerçəkləşdirdiyi raket sınağı Rusiyanı çox narahat edib və lazımi hesablamalarda bu nəzərə alınacaq.
Qeyd edək ki, Rusiya və Çin INF  sazişindən geri çəkilən ABŞ-ı silah rəqabətinə girməkdə günahlandırmış və bu ölkənin orta mənzilli raket sınağı məsələsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (UNSC) qaldırmışdı.

Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top