Könül Kərimova oğlunun əməliyyatından danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Könül Kərimovanın oğlu Rəşad xəstəxanaya yerləşdirilib.

Onun ürəyində cərrahi əməliyyat aparılıb. Bu gün ATV-də yayımlanan “Zaurla Günaydın” proqramında qonaq olan Könül Kərimova oğlunun səhhəti haqqında danışıb.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Kərimova verilişdə narahatlığa heç bir səbəbin olmadığını, 27 yaşlı oğlunun əməliyyat xəbərinin şişirdildiyini qeyd edib:

“Hamı narahatdır, bilirəm. Lakin narahatlığa səbəb yoxdur. Oğlum Rəşadın vəziyyəti yaxşıdır. Cavanlar sözə baxmırlar. Rejimsizlik, yeməyini vaxtında yeməməmk... Düzgün qidalanmırdı.

Vaxtında yatmırdı. Hamısı bunların nəticəsidir. Bütün gənclərə dərs olsun. Doğru-düzgün həyat tərzi keçirmək lazımdır. Yaxşı qurtardıq. Şükür, ciddi bir şey olmadı”.

DİGƏR XƏBƏRLƏR

Top