Tanınmış erməni jurnalist Əhməd Davudoğlunun partiyasına qoşuldu - FOTO


Türkiyənin sabiq Baş naziri və keçmiş Xarici işlər naziri Əhməd Davudoğlunun qurduğu "Gələcək" Partiyasının 154 nəfərdən ibarət Təşkilat Komitəsinin siyahısı açıqlanıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, Təşkilat Komitəsinə üzv olanlardan biri də erməni əsilli tanınmış jurnalist Etyen Mahçupyan olub.
Hazırda Türkiyənin "Karar" qəzetində çalışan Etyen Mahçupyan Əhməd Davudoğlu Baş nazir olduğu zaman onun baş müşaviri olub. Etyen Mahçupyan Türkiyə tarixində Baş nazirin müşaviri olan ilk qeyri-müsəlman şəxs olub.
Etyen Mahçupyan 2015-ci ildə qondarma erməni soyqırımı ilə bağlı verdiyi açıqlamadan sonra tutduğu vəzifədən istefa verib. Mahçupyan Roma papasına xitabən deyib ki, 1915-ci ildə ermənilərə qarşı edilənlərə soyqırım deməmək imkansızdır.

 

DİGƏR XƏBƏRLƏR

Top