Məmur evində vəhşicəsinə qətlə yetirilən qadınların kimliyi bəlli oldu - RƏSMİ + YENİLƏNİB

Bakıda ana və qızı qətlə yetirilib.
Yeniavaz.com xəbər verir ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri aşkar edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi xəbərə görə, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***    10:03

Bakının Sabunçu rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. 

Yeniavaz.com criminal.az-a istinadən xəbər verir ki, qətl ötən gecə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49A ünvanındakı “Uğur-2” yaşayış kompleksindəki mənzildə törədilib.

Mənzildə kirayə yaşayan ana və gənc qızı naməlum şəxs tərəfindən öldürülüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

İlkin ehtimala görə, qətli ailənin oğlu törədib.

Mərhumələrin nəşləri müayinə üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.

Qətl törədilən mənzil məmura – Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin Rafiq adlı əməkdaşına məxsusdur. Həmin şəxsin hadisə baş verən kompleksdə bir neçə mənzili kirayə verdiyi iddia olunur.

DİGƏR XƏBƏRLƏR

Top