Vətəndaşlar ən çox bu nazirlikləri məhkəməyə verib - SİYAHI


Bu gün - 11.12.2019-cu il tarixində 1 və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmələrində ayrı-ayrı dövlət qurumlarına qarşı qaldırılan 29 məhkəmə prosesi təyin olunub.
Yeniavaz.com xəbər verir ki, dövlət qurumlarının cavabdeh qismində iştirak edəcəyi məhkəmə prosesində iddiaçı kimi vətəndaşlar, əcnəbilər və şirkətlər iştirak ediblər.
Məhkəmə qarşısına cavabdeh qisminə çıxan dövlət qurumları arasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qurumları ilk sırada yer alır. Bu gün 1 və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmələrində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı qaldırılan 9 iddia ərizəsinə baxılıb. İkinci sırada Bakının ayrı-ayrı rayonlarının İcra və Probasiya şöbələri qərarlaşıb. İcra və Probasiya şöbələrinə qarşı 4 iddia ərizəsinə baxılıb.
Bunlardan başqa, 1 və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmələrində Vergilər Nazirliyinə qarşı 4, Daxili İşlər Nazirliyinə qarşı 3, Əmlak Komitəsinə qarşı 3, Səhiyyə Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Miqrasiya Xidməti, Binəqədi və Nərimanov rayon Polis İdarələri, həmçinin Müdafiə Nazirliyinə qarşı 1 iddia ərizəsi təqdim olunub.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top