Ulu öndər Mingəçevirdə də anıldı - FOTO


Mingəçevirdə 
ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.
Yeniavaz.com xəbər verir ki, anım günü ilə əlaqədar Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanları, ictimaiyyət nümayəndələri, idarə və təşkilatların kollektivləri, tələbələr, şəhər sakinləri ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzin önündə ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar. Daha sonra  Mərkəzdə ulu öndərin həyat və fəaliyyəini əks etdirən fotosərgi ilə tanış olub, ulu öndər haqqında filmi izləyiblər. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə verilən ehsan süfrəsindən öncə ulu öndərin ruhuna dualar oxunub və Allahdan rəhmət dilənib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top