İcra başçısı: ”Gələn ildən Mingəçevirlə bağlı yeni planlar həyata keçiriləcək”


Artıq Mingəçevirdə sakinlərlə görüşlər bir ənənə halını alıb. Bu dəfə şəhər sakinləri ilə səyyar görüş şəhərin 10 saylı məktəbinin akt zalında keçirilib.
Yeniavaz.com xəbər verir ki, görüşdə idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkədə və Mingəçevirdə aparılan abadlıq-quruculuq işlərindən və keçirilən islahatlardan bəhs etdi. Bildirdi ki, Mingəçevir şəhəri Avropa İttifaqı layihəsinə qoşulub. Son bir ildə Mingəçevirdə quruculuq-abadlıq işləri davam edir və park salınıb: ”Mingəçevirdə binaların dam örtükləri yenilənib,yaşıllıqların suvarılması üçün köhnə su xətti artıq Mingəçevirə verilib,binaların istilik sistemi ilə bağlı danışıqlar aparılır, gələn ildən işsizlik problemi ilə bağlı məsələ öz həllini tapacaq, 465 binadan 27 binada yenilənmə işləri görülüb və nəhayət yeni ildən Mingəçevirlə bağlı yeni planlar həyata keçiriləcək. Bu məlumatları sizə bildirməkdə məqsədimiz odur ki, bu işlər görülüb bundan sonra da işlərimiz davam edəcək. Bu ölkə rəhbərliyinin icra başçılarına olan tövsiyyə və tapşırığıdır”.
Görüşdə şəhər sakini Sabir Qarayev görülən işlərə minnətdarlıq bildirərək qeyd edib ki, yaşadığı A.Qurbani küçəsinin abadlaşması və orda salınan park sakinlərin rahatlığına xidmət etdiyini bildirib. Uzun illər həmin ərazi zir-zibil içində qalmışdı. Dİgər sakinlərdən İranə Həsənova da Mingəçevirdə yaradılan səliqə-səhmana görə ölkə rəhbərliyinə minnətdarlıq ünvanlayıb. Görüşdə çıxış edən sakinlər Texniki liseyin qarşısında avtomobillərin sıxlığının şagirdlər üçün yaratdığı təhlükədən, binaların kanalizasiya sisteminin nasazlığından, sahibsiz itlərin çoxalmasından, binanın eyvnlarının təhlükəli vəziyyətə düşməsindən və digər problemləri qaldırıblar. Bütün problemləri qeydiyyata alan başçı qaldırılan hər bir problemin həll olunacağını bildirib.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top