Azərbaycanda xəstəxana yandı - Xəstələr təxliyə olundu


Yevlax xəstəxanasında yanğın zamanı hamilə qadın əməliyyatda olub.
Yeniavaz.com xəbər verir ki, xəstəxananın yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri yanıb. Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı əriyib.
Xəstəxananın şöbə müdiri Yeniavaz.com-a açıqlamasında bildirdi ki, yanğın zamanı bir hamilə qadın əməliyyat üçün hazırlanırdı: “Dərhal hamilə qadını təcili yardım avtomobili ilə Mingəçevir Xəstəxanasına göndərdik. Hal-hazırda xəstə uşaq dünyaya gətirib, vəziyyəti normaldır. 8 nəfər xəstə isə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub”.
Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top