Məşhur şahmatçı da deputatlığa namizəd olacaq - FOTO


Tanınmış şahmatçı Zeynəb Məmmədyarova fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcək. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qafqazinfo”ya beynəlxalq qrossmeysterin özü məlumat verib. 
36 yaşlı şahmatçımız Sumqayıt şəhərindən deputatlığa namizədliyini irəli sürəcək.
Qeyd edək ki, Z. Məmmədyarova şahmatçı Şəhriyar Məmmədyarovun bacısıdır. O, 2013-cü ilin sentyabrında Sumqayıt bələdiyyəsinin sədr müavini seçilib.

DİGƏR XƏBƏRLƏR

Top