​Polis 39 yaşlı kişini 8 yerindən bıçaqlayıb? – RƏSMİ AÇIQLAMA


"Bu zaman artıq o daxili işlər orqanlarının əməkdaşı deyildi".
Bu sözləri Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupunun rəhbəri Yeniavaz.com-a polis əməkdaşının Bərdə sakinini bıçaqlaması məsələsi ilə açıqlama verərkən deyib. O bildirib ki, həmin şəxs hazırda polis tərəfindən saxlanılaraq haqqında cinayət işi başladılıb: “Fehruz Əhmədov bir neçə gün əvvəl öz istəyi ilə daxili işlər orqanlarından xaric olunub. Bıçaqlanma hadisəsi zamanı artıq o daxili işlər orqanlarının əməkdaşı deyildi. Yəni hadisə baş verən zaman o mülki şəxs olub. Hazırda, o, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və haqqında cinayət işi başladılıb”.

***13:32
Bərdədə bıçaqlanma hadisəsi baş verib.

Yeniavaz.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, insident rayonun Bakı küçəsində qeydə alınıb.
Belə ki, Bərdə rayon 32-lər kənd sakini, 39 yaşlı Allahverdiyev Nicat Vidadi oğlu Rayon Polis Şöbəsinin əməkdaşı Muradov Fehruz Novruz oğlu tərəfindən 8 bıçaq zərbəsi ilə bıçaqlanıb.
Yaralı yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top