Sahibkarlar yolu bağladı, İcra başçısı "EuroHome"a gəldi - FOTOLAR


Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev "EuroHome"da sahibkarlarla görüşür.
Yeniavaz.com xəbər verir ki, "EuroHome" tikinti materialları bazarında malları yanan sahibkarlar Bakı-Sumqayıt  yolunu bağlamağa cəhd ediblər. Polisin müdaxiləsi ilə sahibkarlar sakitləşdirilib. Daha sonra isə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev hadisə yerinə gəlib. İcra başçısı hazırda zərərçəkən sahibkarların şikayətini dinləyir.




Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top