Bəşər Əsəd: "Əgər bir gün Ərdoğanla görüşsəm..."


Suriya prezidenti Bəşər Əsəd İtaliyanın "Rai News 24" televiziya kanalına müsahibə verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Bəşər Əsəd əvvəlcə Rusiyanın Türkiyə ilə Suriya məsələsində razılığa gəlməsindən danışıb: "Rusiya əslində Türkiyəni dəstəkləmir. Bu qəbul edilən həqiqətdir. Onlar türklərə Suriyadan çıxmalı olduqlarını izah etməyə çalışırlar. Ancaq qısa müddət ərzində müəyyən razılıqlardan söhbət gedə bilər. Türkiyə ölkəmizdən çıxmalıdır".
B.Əsəd jurnalistin Türkiyə prezidenti ilə görüşüb-görüşməyəcəyi sualını da cavablandırıb: "Əgər bir gün belə bir hadisə baş versə bundan məmnun olmayacağam. Ancaq mən həmişə deyirəm ki, vəzifəmin duyğularımla heç bir əlaqəsi yoxdur. Görüşlərimin məni xoşbəxt edib-etməyəcəyi də vacib deyil. Burada əsas olan Suriyadır. Dolayısı ilə Suriya üçün yaxşı olan nə varsa həmin istiqamətdə getməyə hazıram".
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top