WADA Rusiyanın dopinq-testdə ilişən idmançılarını və idman növlərini açıqlayıb


WADA (Ümumdünya Antidopinq Agentliyi) antidopinq qaydalarını pozmaqda ittiham olunan rusiyalı idmançıların sayı barədə informasiya dərc edib.

Qurumun yaydığı hesabatda 45 belə idmançının 4 növü təmsil etdiyi açıqlanıb. Onlardan 41-i ağırlıqqaldıran, 2-si taekvondoçu, hərəyə 1-i güləşçi və kanoçidir.

Bundan başqa, WADA Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasını Rusiyadan olan 66 idmançının işi ilə bağlı məlumatlandırıb. Daha 2 hal isə biatlonçulara aiddir.

Qeyd edək ki, dekabrın 9-da Rusiyanın beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırıldığı bəyan olunub. Səbəb kimi Moskva Antidopinq Laboratoriyasının məlumatları saxtalaşdırması göstərilib. 

Cəza 2020-ci il Tokio Yay Olimpiya Oyunları və 2022-ci il futbol üzrə dünya çempionatına da şamil edilir.//report

DİGƏR XƏBƏRLƏR

Top