Ağzından güllələnən kişinin vəziyyəti ilə bağlı son xəbər - Bakıya gətirilir

Tərtərdə güllələnmə hadisə baş verib. 

Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. 

Belə ki, Tərtər şəhər Səməd Vurğun küçəsində yaşayan 32 yaşlı Behbudov Mənsur Oktay oglu ağzından güllələnib. 

Onun kim tərəfindən və nə səbəbdən güllələndiyi məlum deyil. 

Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğu üçün Gəncə şəhərində özəl klinikalardan birinə aparılıb. Amma daha sonra yaralı dərhal Bakıya göndərilib. 

Ona üst çənə sümüyünün dağılması diaqnozu qoyulub. 

Qeyd edək ki, yaxınlarının verdiyi məlumata görə, Mənsur Behbudov Tətərdə qəssablıqla məşğul olur və iki uşaq atasıdır. 

Faktla bağlı araşdırma aparılır. //oxu.az

DİGƏR XƏBƏRLƏR

Top