Avtobus sürücüsünün bu hərəkəti izləyənləri duyğulandırdı - VİDEO


Türkiyədə soyuqdan əsən itə avtobusda yer verən sürücü gündəm olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda marşrut sürücüsü küçə itinin soyuqdan qaçaraq avtobusun arxa oturacağında əyləşdiyini görüb. İctimai nəqliyyatda sahibsiz itin daşınmasının qadağan olduğunu xatırlayan sürücü iti aşağı endirmək istəyib. Ancaq o, itin soyuqdan əsdiyini görərək fikrini dəyişib. Avtobusdakı sərnişinlər də buna etiraz etməyib. Nəticədə həmin it uzun müddət məmnun şəkildə ictimai nəqliyyatda gəzib. Sürücü həssas hərəkətinə görə günün qəhrəmanı elan edilib.

RuslanYusibov

DİGƏR XƏBƏRLƏR

Top