Türkiyədə terror aktı: 2 şəhid, 7 yaralı


Türkiyənin Şırnak bölgəsində PKK-nın qurduğu bomba partlayıb.

Yeniavaz.com dha.com-a istinadla xəbər verir ki, Şırnakın İdil rayonunda əsgərlər PKK-nın torpağın altında əvvəldən quraşdırdığı bombanı zərərizləşdirərkən qəfil partlayış baş verib. Hadisə nəticəsində 2 türk əsgəri şəhid olub, 7 əsgər isə yaralanıb. Yaralılar helikopterlə təcili xəstəxanaya çatdırılıb. Bəhs edilən ərazi isə nəzarətə götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top