Gülnarə Kərimovaya qarşı yeni ittihamlar irəli sürülüb


Korrupsiya görə həbs edilmiş Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı yeni ittiham qaldırılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, G.Kərimovaya qarşı əvvəlki cəzanın müddətinin bitməsinə qısa vaxt qalmış başqa bir cinayət işi açılıb. Belə ki, Gülnarənin öz yaxın adamlarından ibarət bir neçə cinayətkar qrup yaratdığı üzə çıxıb. O, ayrı-ayrı vətəndaşlara və müxtəlif şirkət sahiblərinə hədə-qorxu gələrək, onları öz əmlaklarını nəzarətində olan şirkətlərin adına keçirməyə məcbur edib. Özbəkistan Baş Prokurorluğu aşkar olunmuş cinayətlər nəticəsində dəymiş zərərin həcminin 165 milyon dollar olduğunu bildirib.
Qeyd edək ki, 2017-ci ildə sənədləri saxtalaşdırmaq və çirkli pulların yuyulması ilə ittiham olunan G. Kərimova 10 il həbs cəzası alsa da, daha sonra bu cəza 5 illik ev həbsi ilə əvəzlənmişdi.
Lakin mart ayında Kərimova ev həbsinin qaydalarına əməl etmədiyi üçün yenidən həbsə göndərilmişdi.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top