Zakir Qaralov işgəncələrə məruz qalan azyaşlılarla bağlı məsələni xüsusi nəzarətə götürdü


Bakıda qadının ögey övladlarına işgəncə verməsi faktı prokurorıluq tərəfindən araşdırılır.

Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorlıuğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünün facebook səhifəsində məlumat paylaşıb.
Məlumatda qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb.
Baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top