Dekabrın 9-na olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı ehtimal olunur. Şimal küləyinin əsəcəyi, gündüz cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturu gecə müsbət 8-10, gündüz 12-15 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə müsbət 4-8, gündüz 12-15, dağlarda gecə 2-6, gündüz 9-13 dərəcə olacaq.

DİGƏR XƏBƏRLƏR

Top