"İxtiyarı ola bilməz" - İlqar Məmmədovdan Erkin Qədirlinin açıqlamasına MÜNASİBƏT


"Bu yaxınlarda REAL-ın qurucularından Erkin Qədirli təşkilatımıza gündə bir nalayiq söz qırıntısı atanlara cavab olaraq qarşıdakı parlament seçkilərinə qatılmaq istəmədiyini bildirmişdi. İti düşüncəli beyinlərdə doğmayan, amma iddiası aşıb-daşan mülahizələri dinləyərkən ziyalı adamda bir qədər tərəddüd yarana bilər, bu təbiidir".
Yeniavaz.com
xəbər verir ki, bu barədə partiya sədri İlqar Məmmədov məlumat verib.
O qeyd edib ki, REAL-ın qurucu üzvlərindən nə onun, nə başqasının, nə də Erkin Qədirlinin bu mövzuda sərbəst qərar vermək ixtiyarı ola bilməz: "Bu haqqımızı kollektiv kimliyimizə həvalə etmişik və bu kollektiv kimliyimiz hansı qərar verəcəksə, onu icra etməliyik. Bu baxımdan, Erkin Qədirli 9 fevral parlament seçkisində Respublikaçı Alternativin namizədi kimi iştirak edib qalib gəlməlidir. Buna onun özünün də, REAL-ın da siyasi nüfuzu zəmin yaradır. Qərar qətidir, heç kim tərəfindən ləğv edilə, dəyişdirilə və ya təfsir oluna bilməz".
Qeyd edək ki, Erkin Qədirli parlament seçkilərində iştirak etməyəvəyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top