Ermənistan Azərbaycanla həmsərhəd bölgələrdə "südpulu"nu artırır - Hər uşağa 1000 dollar


Ermənistan Azərbaycanla sərhəd bölgələrdə yaşayan vətəndaşları üçün xüsusi dövlət proqramı hazırlayıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin deputatı Arman Babacanyan məlumat verib. Babacanyan bəyan edib ki, 2020-ci ilin ikinci yarısından etibarən Azərbaycanla həmsərhəd olan kəndlər üçün sosial layihələr tətbiq olunacaq.
Deputat deyib ki, hökumət son üç ildə yalnız bir sərhəd kəndində (birbaşa Azərbaycanla həmsərhəd olan) dünyaya gələn hər bir uşağa görə 1000 dollar birdəfəlik müavinət, üç yaşınadək uşağa görə isə hər ay 100 dollar müavinət ödəyib.
Onun sözlərinə görə bundan sonra bu layihə Azərbaycanla həmsərhəd olan digər bölgələrdə - Tavuş, Geqarkunik və Vayots-Dzor bölgələrinin yaşayış məntəqələrində də tətbiq olunacaq.
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top