120 min dollarlıq bananı belə yedi - VİDEO


ABŞ-da David Datuna adlı sənətçi 120 min dollara satılan "divara yapışdırılmış banan" əsərini yeyib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, David Datuna "divara yapışdırılmış banan"ı yedikdən sonra bu hərəkətinə "ac sənətçi" adını verib.
Qeyd edək ki, həmin əsər italiyalı sənətçi Maurizio Katellana aiddir və 120 min dollara satılmışdı. Maurizionun bənzər daha iki əsəri isə 150 min dollara satılır. David Datuna bananın çox dadlı olduğunu deyib və yerinə başqa bir banan qoyulmasını məsləhət görüb.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top