Xırdalanda partlayış olub, xəsarət alan var


Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.
FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.
Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

DİGƏR XƏBƏRLƏR

Top