Bakıda tikinti şirkəti insanların həyatını təhlükəyə atıb - VİDEO


Bakıda çoxmərtəbəli bina inşası ilə məşğul olan tikinti şirkəti, inşaat ərazisindən kənarda sakinlər üçün ciddi təhlükə sayılabiləcək addım atıb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.
Belə ki, paytaxtın Nəsimi rayonunda Xan Şuşinski və Həsən Əliyev küçələrin kəsişməsindəki çoxmərtəbəli binada aparılan inşaat zamanı kranın ağır materialı aktiv hərəkət olan avtomobil yolunun üzərindən apardığı müşahidə olunur.
Sosial şəbəkələrdə yayılan bu görüntülər insanların ciddi narazılığına səbəb olub.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top