Ermənistan televiziyasında skandal


Ermənistanda yayımlanan bir televiziya kanalında Türkiyənin bəzi bölgələri erməni torpaqları olaraq təqdim edilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ermənistanda yayımlanan "Western Armenia" televiziya kanalında hava çirkliliyi ilə bağlı xəbər yayımlanarkən Türkiyənin Iğdır, Van, Rizə, Trabzon, Bitlis bölgələri Qərbi Ermənistan torpaqları adlandırılıb. Türkiyə tərəfi isə ermənilərin skandal hərəkətinə sərt reaksiya verib. Türkiyə Azərbaycan Dostluq dərnəklərinin direktor müavini erməni televiziyasında yayımlanan bu sözlərin qəbuledilməz olduğunu bildirib: "Türk düşməni olan ermənilər hər fürsətdə öz xəyallarını ortaya qoyurlar. Bu da göstərir ki, onların gözü uzun illərdir türk torpaqlarındadır. Hazırda yaşadıqları İrəvan belə türk torpağıdır, Azərbaycanın bir hissəsidir". 

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top