Mingəçevirdə avtomobil aşıb. Yeniavaz.com xəbər verir ki, hadisə axşam saatlarında Heydər Əliyev prospekltində, kompüter zavodunun qarşısında baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Abdullayev Vüqar Fidail oğlunun yüksək sürətlə idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü xəsarət alıb.
Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Esmira Hidayətova, Mingəçevir