Bakıda metro yaxınlığında gənc amansızlıqla qətlə yetirildi - FOTO


Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında törədilib.
28 yaşlı Kazımov Ramal Kamal oğlu naməlum şəxs tərəfindən ürək nahiyəsindən beş bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Nizami Rayon Prokurorluğu və Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, R.Kazımov işlədiyi mağazanın yaxınlığında mübahisə edib. Qətl də həmin ərazidə törədilib.

DİGƏR XƏBƏRLƏR

Top