Aeroport şossesində yol qəzası baş verib, yolda sıxlıq yaranıb

Heydər Əliyev prospekti-Hava limanı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən ilkin məlumata görə, "Baku Expo Center"in qarşısında yük maşını minik avtomobili ilə toqquşub.
Qəza səbəbindən avtomagistralda sıxlıq yaranıb. Yolun həmin hissəsində zolaqlar üzrə sürət həddi endirilib.
BNA sürücüləri yağışlı hava şəraitində son dərəcə diqqətli olmağa çağırıb.
.

DİGƏR XƏBƏRLƏR

Top