Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 1 otağında mebel dəsti yanıb.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı ikisi azyaşlı olmaqla 3 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top