ABŞ-ın Demokratik Partiyası Amerika lideri Donald Trampın impiçmenti ilə bağlı dinləmələrin nəticələrinə dair hesabat yayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hesabatda Ağ Ev rəhbərinin tutduğu vəzifədən kənarlaşdırılması tələb edilib.
Partiya üzvləri D. Trampı səlahiyyətlərindən sui-istifadə etməkdə və xaricilərlə əlaqə yaradaraq millətinə xəyanət etməkdə ittiham ediblər.
Xatırladaq ki, Trampın Zelenski ilə iyulun 25-də baş tutan telefon danışığı qalmaqala və ABŞ prezidentinin impiçmenti prosedurunun işə salınmasına gətirib çıxardı.
İddiaya görə, Tramp Zelenskini 250 milyon dollarlıq hərbi yardımı dayandırmaqla hədələyib və Bayden və oğlu barədə araşdırma aparılmasını tələb edib.
Qeyd edək ki, Bayden növbəti seçkilərdə demokratlardan prezidentliyə əsas iddiaçıdır və onun oğlu Hanter Bayden Ukraynada vaxtilə bizneslə məşğul olub.