Ermənistanda gənclər arasında kütləvi dava olub, bıçaqlanan var

Ermənistanın paytaxtı Yerevanda gənclər arasında xəsarətlə nəticələnən kütləvi dava olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Report” Ermənistan mətbuatına istinadən məlumat yayıb.

Məlumata görə, kütləvi davada 15-18 yaşlı bir neçə gənc iştirak edib. Dava zamanı 16 yaşlı Artak B. bıçaq xəsarəti alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən davada iştirak etməkdə şübhəli bilinən 15 yaşlı Qrant P. və Krist Q, 17 yaşlı Suren S. və Arsen K, 17 yaşlı Sergey D, 16 yaşlı Edmon O. və Robert Q, habelə Erik N. habelə digər şəxslər saxlanılıblar. Qeyd edilir ki, daha bir gənc polisə könüllü təslim olub.

DİGƏR XƏBƏRLƏR

Top