Kürəkən narkotiki qayınanasının evində gizlətdi - VİDEO


Şəmkir polisi narkotik alveri ilə məşğul olan şəxsi saxlayıb. Maraqlısı isə odur ki, həmin şəxs əkib becərdiyi narkotik vasitəni qayınanasının evində gizlədib.
Şəmkir rayon polis şöbəsinə Qaracəmirli kənd sakini Tural Məmmədlinin üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxsi saxlayan polis üzərindən 23 qram qurudulmuş marixuana aşkar edərək götürüb. Tural Məmmədli ilkin ifadəsində marixuananı həmkəndlisindən aldığını deyib.
Əməliyyat tədbirləri ilə narkotiki satan Şəhriyar Rzayev də saxlanılıb. Onun yaşadığı evdən və qayınanasının mənzilindən kibrit qutularında qablaşdırılan və sellafon torbada qurudulmuş xeyli marixuana aşakar edilib.
Saxlanılan Şəhriyar Rzayev narkotik vasitəni özünün aqrotexniki qaydada qulluq edərək yetişdirdiyini, məqsədinin də sataraq pul qazanmaq olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

(XəzərTv)

DİGƏR XƏBƏRLƏR

Top