Mübahisə etdiyi şəxsi küçənin ortasında güllələdi - ANBAAN VİDEO


Türkiyədə qandonduran cinayətin görüntüləri ortaya çıxıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Manisada iki gənc arasında baş verən mübahisə qanla bitib. Belə ki, onlardan biri mübahisə etdiyi şəxsi izləməyə başlayıb. İnsanların daha az olduğu küçəyə yaxınlaşan gənc silahını çıxararaq qarşısındakı şəxsin başına atəş açıb. Güllələnən adam hadisə yerində dünyasını dəyişib, cinayətkar isə qısa müddətdə polis tərəfindən həbs edilib. Hadisənin görüntüləri təhlükəsizlik kameraları tərəfindən anbaan qeyd edilib.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top