Tərcümə aparatı işləmədi, Putin yenə almanca danışmağa başladı - VİDEO


Soçidə almaniyalı biznesmenlərlə görüşən Rusiya Prezidenti Vladimir Putin almanca danışmağa məcbur olub.

Bu barədə "Pul №3" teleqram kanalı xəbər yayıb.

Buna səbəb sinxron tərcümə aparatının işləməməsi olub. Almaniyalı nümayəndələrin çıxılmaz vəziyyətdə qaldığını görən Putin üzünü onlara tutaraq soruşub: "Was ist los?" ("Nə baş verib?").

Konfrans iştirakçıları bunu gülüşlə qarşılayıblar.

Qeyd edək ki, Putin bundan əvvəl də ictimai çıxışlar zamanı alman dilində danışıb. Bundan əvvəl belə hadisə may ayında yaşanmışdı. Həmin vaxt Putin Avstriya lideri Aleksandr van der Bellenin Zalsburq festivalını ziyarət etmə barədə təklifinə alman dilində cavab vermişdi.


virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top