Şumaxerin avtomobili Abu Dabidə 6,6 milyon dollara satılıb - FOTO


Almaniyalı Mixael Şumaxerin 2002-ci il mövsümündə idarə etdiyi "Ferrari F2002" markalı avtomobil Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki hərracda satılıb.

"Formula 1"də çıxış etmiş sabiq pilot bu avtomobillə 5-ci dəfə dünya çempionu olub. O, məhz bu maşının sükanı arxasında San-Marino, Avstriya və Fransa Qran-prilərində qələbə qazanıb. Ümumilikdə Şumaxer həmin mövsümdə aktivinə 17 yarışda 11 qələbə yazdırıb. Avtomobil 6,6 milyon dollara satılıb.

Qeyd edək ki, Mixael Şumaxer 7 qat dünya çempionudur. O, ilk iki titulunu 1994-1995-ci illərdə "Benetton"da çıxış etdiyi vaxt qazanıb. Sonradan Şuxamer "Ferrari" pilotu kimi 2000-2004-cü illərdə daha dəfə ən güclü olub. 

2013-cü ilin dekabrında almaniyalı sabiq pilot dağ xizəkçiliyi kurortunda yıxılaraq başından ağır travmalar alıb. 50 yaşlı idmançının ailəsi onun səhhəti barədə geniş informasiya verməməyi üstün tutur. //Report

DİGƏR XƏBƏRLƏR

Top