Gömrük Komitəsindən "su qiymətinə" avtomobillər - "Nissan", "Hyundai"...


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən sonuncu hərracda ayrı-ayrı dövlət qurumlarına məxsus olan 7 ədəd nəqliyyat vasitəsi satılıb. 
Yeniavaz.com Komitədən açıqlanan məlumata istinadən bildirir ki, satışa çıxarılan avtomobillərdən 5-i Dövlət Gömrük Komitəsinə məxsus olub. Bu avtomobillərin arasında ən ucuz qiymətə satılan 2003-cü il istehsalı olan "Peugeot 406 ST" markalı avtomobil satılıb. "Peugeot 406 ST" markalı avtomobil cəmi 1 250 manata satılıb. Ən bahalısı isə 3 000 manata satılan 2004-cü il istehsalı olan "Nissan Maxima" markalı avtomobil olub.
Gömrük Komitəsinin satışa çıxardığı avtomobillər arasında 2004-cü il istehsalı olan daha iki "Nissan Maxima" markalı avtomobili satılıb. Onlardan biri 2 500, digəri isə 2 250 manatdan özünə alıcı tapıb.
Bunlardan başqa Gömrük Komitəsinə məxsus 2003-ci il istehsalı olan "Hyundai Sonata" markalı avtomobil də satışa çıxarılaraq 2 000 manata satılıb.
Məlumat üçün qeyd edək ki, Gömrük Komitəsinə məxsus olan bu avtomobillərin satış qiymətilə bazar qiymətləri arasında 2-3 dəfə fərq var. Müqayisə üçün bildirək ki, Gömrük Komitəsi tərəfindən hərracda 2 500 manata satılan 2004-cü il istehsalı olan "Nissan Maxima" markalı avtomobili bazarda 8 000 mantdan ucuz almaq mümkün deyil. Yaxud, Gömrük Komitəsi tərəfindən hərraca çıxarılan və 2 000 manata satılan 2003-cü il istehsalı olan "Hyundai Sonata" markalı avtomobil bazarda 8 000 manatdan baha satılır.

DİGƏR XƏBƏRLƏR

Top