Azərbaycan millisinin futbolçusu 3 il müddətinə azadlıqdan məhrum edilə bilər


Azərbaycan milli komandasının və İspaniyanın "Albasete" klubunun futbolçusu Eddi İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.
27 yaşlı hücumçu 2015-ci ilin iyulunda "Eybar"da çıxış etdiyi vaxt komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılır. Enriç və Luna ilə intim əlaqədə olan qadın bunu videoya çəkməməyi xahiş etsə də, onlar nəinki buna əməl ediblər, üstəlik, sonradan digər şəxslərə də göndəriblər. Sözügedən oyunçularla yanaşı, İsrafilov da həmin görüntüləri yayıb.
Artıq araşdırmalar yekunlaşdığı üçün 1 saylı Eybar Məhkəməsi işin şifahi məhkəmə baxışına verilməsi barədə qərar çıxarıb. İttiham olunan şəxslərin vəkillərinə işlə tanış olmaq üçün 10 gün vaxt verilib.
Prokurorluq Enriç və Lunana 5, İsrafilova isə 2 müddətinə azadlıqdan məhrum edilmə cəzası istəyib. Lakin xüsusi ittahmçı İsrafilov üçün 3 il iş tələb edib.
Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisində çıxış edir. Onun anası azərbaycanlı, atası isə toqoludur.(report)

DİGƏR XƏBƏRLƏR

Top