"Qarabağ" mövsümdə ilk məğlubiyyətini aldı


Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.

İlk oyun günündə bir matç keçirilib. Lider "Qarabağ"  "Sumqayıt"ın qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında ilk dövrədəki qarşılaşmada Ağdam klubu 2:0 hesabı ilə qalib gəlmişdi.
 
Qeyd edək ki, turun digər görüşləri 23-24 noyabr tarixlərində oynanılacaq.
22 noyabr (cümə)
19:00. “Sumqayıt” – “Qarabağ” - 2:1
Qollar:
 Xayme Romero, 36 (0:1), Peyman Babayi, 65 (1:1), 68 (2:1)
Qırmızı vərəqə: İsmayıl İbrahimli, 69 ("Qarabağ")
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”
23 noyabr (şənbə)
15:00. “Səbail” – “Sabah”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elşad Abdullayev, Rəşad Əhmədov
“ASCO Arena”
24 noyabr (bazar)

15:00. “Zirə” – “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Allahverdiyev
Zirə İdman Komleksinin stadionu

17:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Bakcell Arena”


 
N Klublar O Q H M T-F X
1 Qarabağ 12 8 3 1 21-5 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 12 5 2 5 16-17 17
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9


Bombardirlər:
Lorenzo Frutos ("Keşlə") - 5 qol
Mehdi Şərifi ("Sumqayıt") - 5 qol
İsmayıl İbrahimli ("Qarabağ") - 4 qol
Stiven Monroz ("Neftçi") - 4 qol
Davit Volkov ("Qəbələ") - 4 qol
Maqaye Qeye ("Qarabağ") - 4 qol

(qol.az)
 

DİGƏR XƏBƏRLƏR

Top