DİN-in yeni təmir olunan məktəbindən çirkab suyun çəkilməsi üçün 48 min manat ayrıldı - VİDEO


Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbi bu gün iki şirkətlə tender müqaviləsi bağlayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəb cəmi 4 ay əvvəl dövlət qeydiyyatına alınan "Lorista-SS" MMC adlı şirkətlə "Çirkab sularının çəkilməsi" işi üçün müqavilə bağlayıb. Görüləcək işin məbləği 48 min manat təşkil edəcək.
Maraqlı məqamlardan biri odur ki, etender.gov.az saytında "Lorista-SS" MMC-nin  VÖEN-i səhv göstərilib. Qeyd olunan nömrə Vergilər Nazirliyinin məlumatında göstərilən VÖEN-lə uyğun gəlmir.
Diqqət çəkən məqamlardan biri isə odur ki, Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəb yeni təmir olunub. Ötən ayın 12-də Daxili işlər naziri Vilayət Eyvazovun iştirakı ilə yeni təmir olunan məktəbə baxış keçirilib. Lakin, təmirdən qısa müddət keçməsinə bamayaraq məktəb ərazisindən çirkab suların çəkilməsinə yenidən 48 min manat vəsait ayrılır.
Onu da qeyd edək ki, Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəb bu gün daha bir şirkətlə  48 min manat məbləğində müqavilə imzalayıb. Bu müqaviləyə görə SİNQA MMC adlı şirkət məktəbə içməli su satacaq.
Qeyd edək ki, Vergilər Nazirliyinin məlumatlarında bu cür qəribə adı olan şirkətə rast gəlmək mümkün olmur. "Sinqa" xəstəlik adıdır və qidada vitaminlərin,  xüsusilə də C vitaminin (abskorbik turşusu) çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edir.

Kənan Qədirli

DİGƏR XƏBƏRLƏR

Top