SOCAR "Fənərbaxça"ya 450 milyon avro ödəyəcək? – Şirkətdən AÇIQLAMA


Mətbuatda SOCAR-ın Türkiyənin “Fənərbaxça” klubuna sponsorluq edəcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bunu, məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov deyib.
Qeyd edək ki, “Fənərbaxça” klubu da məsələ ilə bağlı Türkiyə ictimaiyyətinə açıqlama verib və məlumatı yalanlayıb.
Qeyd edək ki, qonşu ölkənin mətbuatında SOCAR və “Fənərbaxça” arasında 15 illik sponsorluq müqaviləsinin bağlanacağı iddia edilib. Yayılan xəbərlərdə bildirilir ki, bu müddət ərzində klub “Fənərbaxça SOCAR” adlanacaq və şirkət buna görə kluba 450 milyon avro ödəyəcək.

DİGƏR XƏBƏRLƏR

Top