İsrail baş nazirinə rüşvət və fırıldaqçılıq iddiası ilə cinayət işi açıldı - Şok faktlar


İsrailin baş naziri Benyamin Netanyahunun vəzifədən istifadə edərək rüşvət və fırıldaqçılıqla məşğul olduğu iddia edilir.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İsrailin Baş Prokuroru Benyamin Netanyahuya cinayət işinin açılması üçün göstəriş verib. Baş nazirin vəzifədən sui-istifadə edərək qanunsuz işlər gördüyü və rüşvət aldığı iddia edilir. Benyamin Netanyahu barədə hazırlanan iddianamədə onun israilli milyarder Arnon Milchan və avstraliyalı milyarder Ceyms Pakerdən rüşvət aldığı bildirilir. Başqa bir iddianaməyə görə isə Netanyahu yerli mətbuatlardan birinə ailəsi lehinə xəbərlərin yazılması üçün 276 milyon dollar pul ayırıb. Bəhs edilən iddianamələrə əsasən baş nazirin 10 il həbs edilməsi gözlənilir. Baş nazir isə verilən qərarların dövlət çevrilişə cəhd olduğunu və tutduğu vəzifənin icrasına davam edəcəyini bildirib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top