Avstraliyada müsəlman qadın vəhşicəsinə döyüldü - Dəhşətli anların VİDEOSU


Avstraliyanın Sidney şəhərində restoranda bir qrup müsəlman qadına hücum edilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Rəna Əlasmar adlı müsəlman qadın yaxınları ilə birgə kafedə yemək yeyərkən naməlum şəxsin hücumuna məruz qalıb. Stip Lozina adlı cinayətkar bilinməyən səbəblərdən müsəlman qadına yaxınlaşaraq vəhşicəsinə döyməyə başlayıb. Ətrafdakı şəxslər çətinliklə qadını xilas edə biliblər. Rəna Əlasmarın hamilə olduğu da bildirib. Uşağının aqibəti barədə isə məlumat verilməyib. Hadisədən sonra cinayətkar Avstraliya polisi tərəfindən həbs edilib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top