Rusiyanın “Lokomotiv” klubunun futbolçusu Aleksey Mirançuk karyerasını “Yuventus”da davam etdirə bilər.
İtaliya təmsilçisi 24 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı razılıq əldə edib. Razılaşmaya əsasən, futbolçunun keçidi 2020-ci ilin yayında gerçəkləşməlidir. “Ağ-qaralar” A.Mirançuk üçün 40 milyon avro ödəməli olacaqlar.
Qeyd edək ki, “dəmiryolçular” la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq rusiyalıya “Atletiko”, “Mançester Yunayted” və “Zenit” də maraq göstərir.//Apasport