Bakıda zəncirvari qəza: 7 avtomobil toqquşdu - FOTO


Bakının Ziya Bünyadov prospektində yeddi avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Nissan” markalı minik avtomobili metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olan zaman “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Havanın yağışlı və yolların sürüşkən olması səbəbindən eyni istiqamətdə hərəkət edən digər beş avtomobil qəzaya uğrayan nəqliyyat vasitələrinə dəyiblər. 

Qəza nəticəsində iki nəfər xəsarət alıb.

Baş vermiş yol qəzası ilə əlaqədar yolun hərəkətində sıxlıq yaranıb. //Report




DİGƏR XƏBƏRLƏR

Top