Ermənistanın sabiq MTX rəisi Federasiya prezidentliyindən də istefa verib


Ermənistan Futbol Federasiyasının prezidenti Artur Vanetsyan istefa verib.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, buna səbəb kimi Ermənistan milli komandasının "AÇ-2020"nin seçmə mərhələsində İtaliyaya 1:9 hesabı ilə uduzması göstərilir. 
Məlumat üçün bildirək ki, Artur Vanetsyan Ermənitsan Milli Təhlükəsizlik Xidmətinin rəisi olub. Bu ilin sentyabr ayında Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanı vəzifəsindən azad edib.
Qeyd edək ki, Artur Vanetsyan 10 may 2018-ci ildən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində çalışır.
Məlumat üçün onu da bildirək ki, Artur Vanetsyan Ermənistanın eks-prezidenti  Robert Koçaryan və onun yaxın ətrafının həbs olunmasında yaxından iştirak edib.
Xatırlayırsınızsa, ötən il Paşinyanla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın telefon danışığının səs yazısı yayılıb. Telefon danışığı zamanı onlar Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturovun həbsini və bunun nəticələrini müzakirə ediblər. Vanetsyan Paşinyana bu həbsin ruslarla böyük problemlərə gətirib çıxaracağını deyib. O, Paşinyana, Koçaryanla bağlı işi bitirməyi, Xaçaturovu isə sonraya saxlamağı təklif edib. Paşinyan isə bu təkliflə razılaşıb.

DİGƏR XƏBƏRLƏR

Top